Ordu.az BPMD portalına istinadən xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
Təyyarə “Lockheed Martin” şirkəti tərəfindən Mariettdə (Corciniya ştatı) yaradılıb və məhz orada cari ilin noyabrın 22-də ilk uçuşunu həyata keçirib.
Xatırladaq ki, 29 yanvar 2016-cı ildə Fransa Müdafiə Nazirliyinin Baş Silahlanma İdarəsi ABŞ-dan iki ədəd C-130J-30 “Super Hercules”in və iki ədəd KC-130J nəqliyyat-yanacaqdoldurma təyyarəsinin alındığını bəyan edib.
Müqavilənin qiyməti açıqlanmayıb, lakin 10 noyabr 2015-ci ildə ABŞ Müdafə Nazirliyi Agentliyinin Konqresə təqdim etdiyi məlumat vərəqəsində Fransa ilə imzalanan müqavilənin ümumi qiymətinin 650 milyon dollar olduğu bildirilirdi. 4 təyyarənin qiyməti isə 295 milyon dollar olaraq göstərilmişdi.
Ağalar Qəribov
Ordu.az