Yaponiya ABŞ-dan döyüş təyyarələri ala bilər

2017/12/undefined456456_1514180895.png
Oxunub: 334     13:47     25 Dekabr 2017    
Yaponiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin helikopter daşıyıcıları üçün yeni F-35B 5-ci nəsil Amerika döyüş təyyarələrinin alınması barədə müzakirələr aparır.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyi bu addımı dənizlərdə hərbi aktivliyini artıran Pekinə cavab vermək cəhdi ilə əsaslandırır.

Qeyd edək ki, F-35B-lərin əldə olunması faktiki olaraq Yaponiyaya öz helikopter daşıyıcılarını yüngül təyyarə daşıyıcıları kimi istifadə etmək imkanı yaradacaq. Hazırda Tokio uzunluğu 248 metr olan iki ədəd “İdzumo” helikopter daşıyıcısına malikdir. Lakin daha 2 belə gəminin silahlanmaya qəbul ediləcəyi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35B   Yaponiya-ABŞ  


Bizi "telegram"da izləyin