Finlandiya İsveçdən Torpedo sistemlərini alıb

2017/12/10496783784354353_1514053554.jpg
Oxunub: 522     02:23     24 Dekabr 2017    
Finlandiya özünün Hamina sinfi sürətli hücum gəmilərini gücləndirmək üçün 276 milyon dəyərində kontraktı təsdiq edib. Kontrakta əsasən İsveçin “Saab” kompaniyasından torpedo silah sistemləri alınacaq.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Finlandiya Müdafiə Qüvvələri Logistika Komandanlığı müdafiə naziri Yussi Ninistodan donanmanın inkişaf proqramına uyğun olaraq yerli silah istehsalçısı “Patria Aviation” ilə kontrakt imzalamağı icazə alıb.

1998-2006- cı illərdə tikilmiş 4 ədəd “Hamina” gəmisinin təkmilləşdirilməsi 2020-ci ildə donanmaya təhvil verilməsi planlaşdırılan yeni nəsil gəmilərin istifadəsinə qədər donanmanın döyüş hazırlığını yüksək səviyyədə saxlamağa imkan yaradacaq.

Gəmilər üçün yüngül çəkili torpedo sistemləri çoxlu adası olan Finlandiyanın Baltik dənizi sahillərinin şəraitinə uyğun hazırlanıb. Bununla bağlı Finlandiya İsveç Müdafiə Materialları Administrasiya ilə birlikdə işləyib.

Finlandiya donanmasında 1400 nəfər çalışır və hər il 3200 adam təlim keçir. O, Turku, Kirkkonumi, Raseborq və Helsinki şəhərlərində yerləşir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya-İsveç   Torpedo  


Bizi "telegram"da izləyin