Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “HMS Uels Şahzadəsi” aviadaşıyıcısının sızıntı səbəbi ilə təmirdə olduğu bir vaxtda dənizə buraxılan ikinci avidaşıyıcı “HMS Kraliça Yelizaveta” sınaq üçün üzməsi tələb olunan kritik məsafəni uğurla tamamlayıb.
Son 3 ildir istifadədə olan 65000 tonluq nəhəng “HMS Uels Şahzadəsi” “HMS Kraliça Yelizaveta”nın tikildiyi tərsanəyə aparılıb və 2019-cu ildə yenidən donanmaya təhvil veriləcəyi planlaşdırılır.
Portsmutda dənizə çıxarılan “HMS Kraliça Yelizaveta” Kral donanmasının tarixində hazırlanan ən böyük, ən güclü və ən bahalı gəmidir.
Qeyd edək ki, yeni aviadaşıyıcı 280 metr uzunluğundadır.
Ağalar Ağalarlı
Ordu.az