Rusiya Çinə Su-35 qırıcılarının növbəti partiyasını təslim edib

2017/12/firepower_1513954763.jpg
Oxunub: 355     23:01     22 Dekabr 2017    
2015-ci ildə imzalanan müqavilə əsasında 10 qırıcıdan ibarət ikinci “Su-35” partiyası Çinə çatdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyini Rusiya hərbi-texniki əməkdaşlıq sisteminin adı açıqlanmayan mənbəsi məlumatlandırıb.

“Növbəti 10 qırıcı sifarişçiyə təqdim olunub. Müqavilə əsasında qalan son 10 Su-35 Çinə 2018-ci ildə təhvil veriləcək”, - deyə agentliyin müsahibi bildirib.

Qeyd edək ki, Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Texniki Xidməti bu xəbəri şərh etməkdən boyun qaçırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Su-35  


Bizi "telegram"da izləyin