Qazaxıstan HDQ-nin tərkibinə raket-artilleriya gəmisi daxil olub

2017/12/756756_1513950201.jpg
Oxunub: 478     21:41     22 Dekabr 2017    
Çərşənbə günü Aktau limanında 0250 layihəsinin (kod dı “Bars-MO”) “Manqıstau” gəmisində Qazaxıstan Hərbi Dəniz qüvvələrinin bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə BPMD portalında məlumat yerləşdirilib.

Gəmi Uralskda yerləşən “Zenit” zavodunda tikilib. “Manqıstau” suya 2017-ci il aprelin 27-də enib.

“Bu, 0250 (“Qazaxıstan” tipli) layihəsinin orduya qəbul edilən 4-cü raket-artilleriya gəmisidir”, - deyə məlumatda bildirilir.

Bu layihənin gəmilərində 6 lüləli AK-306, həmçinin 4 ədəd “İqla” raketi ilə təchiz olunan “Arbalet-k” atış qurğusu və “Baryer-VK” raket kompleksi, o cümlədən lazer tuşlamasına malik RK-2V tank əleyhinə idarəolunan raketləri quraşdırılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazağıstan   Manqıstau   HDQ  


Bizi "telegram"da izləyin