Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dekabrın 15-də baş tutan iclasda “Lockheed Martin” şirkətinin nümayəndələri bəyan edib.
Beləliklə, şirkət 2017-ci il üzrə istehsal planını bütövlükdə yerinə yetirib. 2016-cı illə müqayisədə F-35-lərin istehsalı 40 faiz artıb.
Qeyd edək ki, hazırda ABŞ Silahlı Qüvvələri və xarici sifarişçilərə 265-dən çox F-35 qırıcısı təhvil verilib.
Həmçinin 2023-cü ildən etibarən şirkət F-35-lərin istehsal sürətini artıraraq ildə 160 ədəd qırıcı istehsal etməyi planlaşdırır.
Ordu.az