ABŞ özünü Avropa İttifaqındakı mövcudluğunu genişləndirməyi planlaşdırır, Pentaqon Norveç, Estoniya, Latviya, Macarıstan, Slovakiya və Rumıniyada aviabaza infrastrukturlarının inkişafı üçün 200 milyon dollardan (340 milyon manat) çox vəsait xərcləyəcək.
Ordu.az xəbər verir ki, bu barədə bu gün “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Rusiyanın aqressiyasının qarşısının alınması üçün Avropa İttifaqı ölkələrində ən müasir F-22 “Raptor” gözəgörünməz qırıcıları və F-35 “Lightning II” qırıcıları yerləşdirməyi planlaşdırır.
Bildirilir ki, ABŞ-ın bu planları Baltikyanı ölkələrdə və ya Krımın Ukraynaya birləşdirilməsinə mane olacağı halda Rusiyanın müdaxiləsi nəticəsində yarana biləcək problemlərin qarşısını almaqla əlaqələndirilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
F-22-Raptor
F-35-Lightning-II