Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Radiasiya, kimyəvi və bioloji müdafiə bölmələrinə 20-dək TOS-1A “Solntsepek” odsaçan sistemlərinin verilməsi planlaşdırılır. Odsaçan sistemlərə müasir atəş və dinamik müdafiə vasitələri quraşdırılıb.
Həmçinin raket-artilleriya bölmələrinə 20 müxtəlif raket sistemi, o cümlədən modernləşdirilən “Tornado-Q” və “Uraqan”, yeni “Msta-SM” və “Qvozdika” daxil olacaq.
Eləcə də Qərb Hərbi Dairəsinə 115 ədəd çoxməqsədli avtomobil veriləcək.
Qeyd edək ki, cari il ərzində Qərb Hərbi Dairəsinə ümumilikdə 2000-dən çox yeni və modernləşdirilən texnika nümunələri daxil olub.
Ağalar Qəribov
Ordu.az