Ordu.az İndoneziya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi məlumat yayıb.
2002-ci ildən imzalanan Amerika-İndoneziya hökumətlərarası müqaviləyə görə, İndoneziya tərəfi 8 ədəd AH-64E “Apache Guardian” helikopteri əldə etməlidir.
Müqaviləyə əsasən, helikopterlərdən 4-ü AN/APG-78 “Longbow” radar sistemləri ilə təchiz olunmalıdır.
Qeyd edək ki, müqavilənin ümumi qiyməti texniki xidmət, pilotların öyrədilməsi və çatdırılma, o cümlədən 140 ədəd AGN-114R3 “Hellfire” raketi daxil olmaqla 1,42 milyard dollar (241,4 milyon manat) təşkil edir.
Ağalar Qəribov
Ordu.az