2018 qlobal müdafiə xərcləri rekord səviyyədə olacaq - HESABAT

2017/12/main_900_1513696311435345_1513702441.jpg
Oxunub: 392     23:16     19 Dekabr 2017    
Qlobal müdafiə xərclərinin 2018-ci ildəki səviyyəsi Soyuq Müharibədən sonrakı dövrün rekordunu qıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Janes”in İllik Müdafiə Büdcə Hesabatında məlumat verilib.

Müdafiə büdcəsi 2018-ci ildə 3.3% artaracaq. Bütün dünya üzrə müdafiə xərclərinin 40%-nin aid olduğu ABŞ-ın müdafiə xərclərində, 2008-ci ildən sonra ən böyük artım müşahidə olunacaq. Gələn il üçün 700 milyard dollar büdcə ayıran ABŞ-ın müdafiə xərcləri 2016-cı ildə 636.2, 2017-ci ildə 642.9 milyard dollar olub. 2001-ci ildən bu vaxta qədər ABŞ müdafiə sahəsinə 10 trilyon dollar xərcləyib.

Lakin bununla belə müdafiə xərcləri qlobal ÜDM-dəki payı 2.7%-dən 2.2%-ə enib. Yaxın Şərqdə bu il müdafiə xərcləri yenidən artmağa başlayıb. Regionda ən çox müdafiə sahəsinə yatırım edən ölkə Səudiyyə Ərəbistanı 2016-cı ildə xərcləri azaltsa da 2017-ci ildə böyük bir artım göstərib.

İsrailin müdafiə xərcləri 2016-cı ildəki 14.2 milyard dollardan 2017-ci ildə 15 milyard dollara yüksəlib. O bu göstəriciylə 17-ci sıradadır. İran 13.7 milyard dollardan 16.3 milyard dollara sıçramaqla 18-ci yerdən 15-ci yerə qalxıb. Səudiyyə Ərəbistanın müdafiə xərcləri isə 50.9 milyard dollardır.

NATO ölkələrindən 9-u 2018-ci ildə ÜDM-nin 2%-ni müdafiə sahəsinə xərcləyəcək.
Ən sürətli artım isə şərqi Avropada nəzərə çarpır. Regionun bir neçə ölkəsi ÜDM-nin 2%-ni müdafiəyə ayırmağı planlaşdırır. Bu artımı doğuran əsas səbəb 2014-cü ildən davam edən Ukrayna hadisələridir.

Asiya-Sakit okean regionunda sadəcə Çin və Hindistanda xırda bir artım var. ABŞ, Çin və Hindistan reytinqin ilk üçlüyünü təşkil etsə də, ABŞ və ikinci olan Çin arasında çox böyük fərq var. Belə ki, ABŞ-ın 642.9 milyard dollarlıq müdafiə büdcəsinə qarşılıq Çinin müdafiə büdcəsi 192.5 milyard dollardır.

“Janes”in İllik Müdafiə Büdcə Hesabatı dünyanın ən böyük 105 müdafiə büdcəsinin qlobal müdafiə xərclərinin 99%-ni əhatə edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müdafiə-büdcəsi   Çin  


Bizi "telegram"da izləyin