“Amerikadan alın” tələbi Yaponiyanın müdafiə büdcəsinə necə təsir etdi?

2017/12/japan-5-thumb-large5435345_1513684578.jpg
Oxunub: 415     19:55     19 Dekabr 2017    
Yaponiyanın 2018-ci il üçün müdafiə büdcəsi 2013-cü ildən etibarən 6-cı ildə də artaraq 5.2 trilyon yen (46.2 milyard dollar) oldu.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu artımda ən çox ABŞ istehsalı ləvazimatların çəkisinin üstünlük təşkil etdiyi nəzərə çarpır.

Yaponiyanın indiyə qədər olan ən yüksək müdafiə büdcəsi olan 2018-ci il büdcəsində ballistik raketləri tutan mexanizmlər üçün əlavə 60 milyard yen nəzərdə tutulub.

Bunun 2.8 milyardı “Aegis Ashore”un quruda quraşdırılan raketdən müdafiə sistemlərinə xərclənəcək.

Bu ABŞ istehsalı bahalı sistemdir. Son illərdə Yaponiya hökuməti ABŞ-dan alınan müdafiə məhsulları üçün xərcləmələri durmadan artırır. “Aegis Ashore” və “Martin Lockheed” məhsullarına son dövrlərdə hər il üzrə 100 milyard yen xərclənir.

Bunda “Lockheed Martin”in F-35 qırıcılarının xüsusi rolu var.

Bunun əsas səbəbi kimi Trampın “Amerikadan alın” tələbini qoymasının təsir etdiyi düşünülür. Tramp ABŞ istehsalı ləvazimatların yüksək səviyyədə olmasını əsas gətirərək müttəfiq dövlətlərinə ABŞ istehsalı məhsulları alması şərtini qoyur.

O bununla ABŞ iqtisadiyyatının inkişafına dəstək verməyə çalışır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin