Qarabağda yaralanan erməni əsgərin FOTOLARI

2017/12/435345345_1512127647.jpg
Oxunub: 402     19:26     01 Dekabr 2017    
Qarabağda yaralanan erməni hərbi qulluqçunun vəziyyəti ağırdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 21-də işğal altında olan Qarabağda mina partlayışı nəticəsində yaralanan 19 yaşlı Narek Hoveyan İrəvan Mərkəzi Klinik Hərbi hospitalının reanimasiya şöbəsindədir.

Məlumata görə, hazırda yaralı erməni əsgəri əməliyyat edilsə də onun vəziyyəti müsbət qiymətləndirlmir. .

Qeyd edək ki, yaralı erməni əsgər İrəvan şəhər sakinidir.

Xatırladaq ki, noyabrın 21-də saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüb, 1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan isə ağır yaralanıb.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ  


Bizi "telegram"da izləyin