"Aİ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir" - Toivo Klaar

2017/12/912227234234_1512115753.jpg
Oxunub: 358     16:07     01 Dekabr 2017    
"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş zamanı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Missiyasına çox həssas yanaşdığını qeyd edən Toivo Klaar, Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri və yanaşmalarına Avropa İttifaqının dəstəyini təsdiq etdiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Bizi "telegram"da izləyin