"Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələri çərçivəsində həll olunmalıdır" - İlham Əliyev

2017/12/412145027234234_1512109085.jpg
Oxunub: 623     14:14     01 Dekabr 2017    
"Müstəqilliyimizin ilk illərində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Azərbaycan ərazilərinin 1/5-i işğal olunub."

Ordu.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  


Bizi "telegram"da izləyin