Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Tsarukyan" fraksiyasının deputatı Ararat Zurabyan bildirib.
Onun sözlərinə görə, Ermənistan ya Avropanın inkişaf etmiş ölkələri, ya da Asiya səviyyəsində olan Avrasiya İqtisadi Birliyi arasında seçimində qərar verməlidir. Zurabyan hesab edir ki, hazırda Ermənistan mürəkkəb seçim qarşısında qalıb.
"Hazırda həll edilməyən Dağlıq Qarabağ münaqişəsi var. Hesab edirəm ki, hələ ki Rusiya ilə istənilən baş-başa gəlmə bizə böyük zərbə vuracaq", - deyə Zurabyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az