Məmmədyarov və Çavuşoğlu Qarabağı müzakirə ediblər - FOTOLAR

2017/11/mammadyarov_cavushoglu_301117_0234534_1512026146.jpg
Oxunub: 350     15:13     30 Noyabr 2017    
Azərbaycan Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.

Ordu.az xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirdi və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verdi.


Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd etdilər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələrimiz arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildirdilər.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məmmədyarov   Çavuşoğlu   Qarabağ  


Bizi "telegram"da izləyin