- Hazırda niyə Rusiya və ABŞ “soyuq müharibə” vəziyyətinə qayıdıb?
- Həqiqətən də bu gün Rusiya və ABŞ yeni “soyuq müharibə” vəziyyətindədir. Lakin bu, keçmişdə baş verən “soyuq müharibə”dən fərqlənir. ABŞ və Rusiya buna uzun sürən səhvlər dövrəsi və düzgün olmayan təsəvvürlərdən sonra gəlib. Bu yanlışlıqlar dərkedilən əməldən daha çox diqqətsizliyin nəticəsi olub. Lakin hər iki tərəfi “soyuq müharibə”yə istiqamətləndirən hadisə 2014-cü ildə baş verən Ukrayna böhranı oldu.
- Hazırda NATO ilə Rusiyanın hərbi qarşıdurma riski nə dərəcədə böyükdür?
- Avropdada Rusiya ilə NATO arasında irimiqyaslı hərbi konfrontasiya riski o qədər də böyük deyil, lakin indi tərəflər bir-birlərini əsas rəqib kimi görürlər və rəqiblə mübarizə üçün yeni mərkəzi cəbhə boyunca öz güclərini hazırlayır, nümayiş etdirirlər. Məntiqə uyğun olaraq, NATO ilə Rusiya arasında qarşıdurma imkanının mümkünlüyünü 5 və ya 6 il öncə təsəvvür etmək mümkün deyildisə, hazırda bu, mümkündür.
- Lakin ABŞ və Rusiyanın maraqları yalnız Avropada deyil, həm də postsovet məkanında toqquşur. Sizcə, keçmiş SSRİ ərazisində hazırda hansı güc dominantlıq edir?
- Düşünürəm ki, bu ərazidə Rusiya üstünlüyə malikdir. Rusiyanın təsiri ABŞ-ın bu regionda olan hərbi və siyasi təsirindən daha güclüdür. Rusiyanın təsiri postsovet ölkələrinin daxilində və ya onlar arasında əlaqələrə nəzarət etməyə imkan verəcək qədər çoxdur.
- Azərbaycan-Amerika münasibətlərinin səviyyəsini necə qiymətləndirirsiniz?
- ABŞ və Azərbaycan arasında əlaqələr Dağlıq Qarabağ ətrafında gərginliyin artdığı hallar istisna olmaqla ABŞ rəhbərliyi və siyasi ictimaiyyətin radar ekranından əhəmiyyətli dərəcədə kənarda yerləşir. Bu münasibətlər əvvəlki kimi hökumət mütəxəssislərinin predmeti olaraq qalır, lakin Tramp dövründə onlar batmaq üzrədir.
- Qarabağı xatırlatdınız. Sizcə, yaxın illərdə Vaşinqtondan ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi prosesində aktivliyik gözləməyə dəyərmi?
- ABŞ və Rusiya arasında Qarabağ tənzimlənməsi prosesində əməkdaşlığa dair şanslar var idi, lakin indi onlar yetərincə kiçikdir.
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az