Erməni əsgər 10 il müddətinə azadlıqdan mərhum edildi

2017/11/default456456_1511939853.jpg
Oxunub: 427     15:16     29 Noyabr 2017    
Ermənistan ordusunda əsgər yoldaşını öldürən hərbi qulluqçu 10 il müddətinə azadlıqdan mərhum edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrdən birində xidmət yoldaşı tərəfindən öldürülən 19 yaşlı müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Hovhanes Harutyunyanın işi üzrə məhkəmə hökmü açıqlanıb.

Erməni əsgərinin ölümündə günahkar olan Mikayel Zakaryan məhkəmənin hökmü ilə 10 il 3 ay müddətinə azadlıqdan mərhum edilib. Ölən erməni əsgərinin anası qondarma qurumun "məhkəmə"sinin qərarını ədalətsiz, günahkara verilən cəzanı isə çox yüngül olduğundan şikayətlənib. O, şikayət edəcəyini və daha sərt cəza tələb edəcəyini bildirib.

Həmçinin məhkəmə Harutyunyanlar ailəsinin hər dəfə məhkəməyə gediş-gəliş üçün İrəvan-Xankəndi yoluna sərf etdikləri pulun ödənilməsi ilə bağlı mülki iddialarını da rədd edib.

Xatırladaq ki, Hovhanes Harutyunyan 17 mart 2017-ci ildə saat 17:30 radələrində işğal ediltında olan Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrinin şimal istiqamətindəki mövqelərindən birində digər erməni əsgəri tərəfindən açılan atəş nəticəsində öldürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Həbs  


Bizi "telegram"da izləyin