Ordu.az erməni KİV-lərinə istinadən 2017-ci ilin ilk 9 ayı ərzində "sığınacaq almaq" xahişi ilə böyük əksəriyyəti Suriya və İraqdan olmaqla 105 xarici vətəndaş Ermənistana müraciət edib.
Ermənistan ərazi idarəetmə və inkişaf nazirliyinin yaydığı məlumata görə, "sığınacaq almaq" məqsədilə 37 Suriya, 25 İraq vətəndaşı Ermənistana müraciət edib.
Müraciət edənlərdən 3 İraq, 42i Suriya vətəndaşı "qaçqın statusu" əldə edib.
Köçürülən şəxslərin böyük əksəriyyətinin erməni əsilli olması və onların Qarabağda yerləşdiriləcəyi şübhəsizdir.
Faktiki olaraq, Ermənistan Suriya və İraqda davam edən müharibələr zamanı işğal altında olan torpaqlara həmin ölkələrdə yaşayan erməni əsilli şəxslərin köçürülməsini dəfələrlə təşkil edib. Bu baxımdan, Ermənistanın rəsmi qrumlar çərçivəsində həmin şəxslərə qaçqın statusu verməsi, əslində qanunsuz köçürülmələrə rəsmi don geyindirməkdən başqa bir şey deyil.
Alpər Mövludoğlu
Ordu.az