Maksim Şevçenko polşalı politoloqu susdurdu: "Qarabağ Azərbaycanın ərazisidir"

2017/11/maksim-shevchenko345345_1511870893.jpg
Oxunub: 481     20:05     28 Noyabr 2017    
Rusiyanın “birinci kanalı”nın efirində “Zaman göstərər” (Время покажет) verilişində Ermənistan və Avropa İttifaqı arasında imzalanan razılaşma müzakirə olunub.

Ordu.az xəbər verir ki, rus jurnalist Maksim Şevçenko polşalı politoloq Tomas Matseyçukun ittihamlarına cavab verərək qızğın müzakirəyə son qoyub.

- Maks, xahiş edirəm cavab ver, Ermənistan sizin tərəfdaşdır, ya düşmən?

- Rusiyanın tərəfdaşı olan ermənilər bizim tərəfdaşdır, sizin tərəfdaşınız olan ermənilər isə, bizim düşmənimizdir.

- Bəs Qarabağ kimindir?

- Qarabağ Azərbaycanın ərazisidir. Qarabağın taleyi Moskva, Ankara və Tehranın vasitəçiliyi ilə həll edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin