Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən, saat 10:00 radələrində erməni əsgərin sağlamlığı kəskin şəkildə pisləşib. Nəticədə, erməni əsgər Vanadzor hərbi hospitalına aparılarkən yolda ölüb.
Məlumata görə, qəfl ölən erməni əsgəri Lori vilayətinin Şaumyan kənd sakini 36 yaşlı Qarnik Petrosyan olub.
Petrosyanın öncə polisdə işlədiyi, daha sonra isə Ermənistanda yerləşən hərbi hissələrin birində xidmətə başladığı bildirilir.
Alpər Mövludoğlu
Ordu.az