Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“İclas çərçivəsində bu həftə xarici liderlərin Rusiya səfərləri və telefon danışıqları nəzərə alınmaqla Soçidə baş tutan görüşün nəticələri mövzusunda fikir mübadiləsi aparılıb. Əsas diqqət Soçi “üçlüyü”nün danışıqları diqqətə alınmaqla Suriya məsələsinin tənzimlənməsi olub”, - deyə Peskov bildirib.
Mətbuat katibi qeyd edib ki, iclasda sosial-iqtisadi vəziyyətə dair məsələlər də müzakirə olunub.
Ağalar Qəribov
Ordu.az