Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında qeyd olunub.
“24 noyabr – 3 dekabr tarixlərində Saros körfəzində NATO-nun üzv dövlətlərinin hərbi dəniz və hərbi hava qüvvələrinin iştirakı ilə “NUSRET-2017” təlimləri keçiriləcək. Təlimlərin məqsədi mina əraziləri ilə iş və müxtəlif ölkələrin hərbi bölmələri arasında əməliyyatlar zamanı birgə fəaliyyətin təşkilindən ibarətdir”, - deyə Türkiyə MN-in məlumatında bildirilir.
Qeyd olunur ki, təlimlərdə Türkiyə, Böyük Britaniya, İtaliya, Bolqarıstan və Yunanıstanın silahlı qüvvələri iştirak edəcək, Azərbaycan, Əlcəzair, Qatar, Rumıniya, Sloveniya və Türkmənistandan olan nümayəndələr isə təlimlərdə müşahidəçi olacaqlar.
Ağalar Qəribov
Ordu.az