Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda müxtəlif layihələrə qanunsuz dəstək verən telemarafonda 12 saat ərzində 12 milyon 505 min 456 dollar vəsait yığılıb.
“Hayastan” fondunun noyabrın 15-dən 19-dək Fransada keçirdiyi telefon marafonunda isə 1 milyon 230 min avro yığılmışdı.
Bu il fondun hesabına ən çox ianə köçürən şəxslər
Naməlum şəxs - 2 milyon 500min ABŞ dolları
Samvel Karapetyan - 2 milyon 500min ABŞ dolları
Zəngəzur mismolibden kombinatı – 350 min ABŞ dolları
Samvel Aleksanyan – 200 min ABŞ dolları
Vardanyanlar ailəsi – 125 min ABŞ dolları
Varujan Qriqoryan – 100 min ABŞ dolları
Barsek Beqlaryan – 100 min ABŞ dolları
Naməlum şəxs -100 min ABŞ dolları
Bağdasaryanlar ailəsi -100 min ABŞ dolları
Henrik Ter Quqasyan – 100 min ABŞ dolları
Valeks qrupu - 100 min ABŞ dolları
Vahe Karapetyan – 60 min ABŞ dolları
Jan Mari Atamian – 50 min ABŞ dolları
Albert Boyacyan – 50 min ABŞ dolları
Bu il keçirilən telemarafonon şüarı “Məhsuldar Qarabağ” olub. Ermənilərin sıx məskunlaşdığı Amerikanın Los-Anceles şəhərində 23 noyabr tarixdə gecə saat 12:00-dan başlayan canlı telemarafon yayımı 24 noyabr 08:00-dək davam edib.
Xatırladaq ki, 1992-ci ildə yaradılmış “Hayastan” fondu indiyədək Ermənistanda və işal altında olan Qarabağda müxtəlif qanunsuz layihələrin gerçəkləşdirilməsi üçün 350 milyon dollara yaxın vəsait toplayıb.
Alpər Mövludoğlu
Ordu.az