Ordu.az xəbər verir ki, bəyannamədə deyilir:
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində beynəlxalq hüququn normaları və prinsipləri əsasında, xüsusilə də təhdid və ya güc tətbiqinin, ərazi bütövlüyünün, xalqların öz müqəddəratını təyin etməsinin və bərabər hüquqlara yönələn səylərinə dəstək verdiyimizi təsdiq edirik.
Biz münaqişənin bütün tərəflərini atəşkəsə sadiq qalaraq, 1994-95 atəşkəs müqaviləsinə hörmətlə yanaşmaqla, etimad tədbirlərini gücləndirmək, Vyanada, Sankt-Peterburqda və Cenevrə zirvə görüşündə razılaşdırılmış razılaşmalar daxil olmaqla, təmas xəttində gərginliyin azaldılmasına çağırırıq ".
Ordu.az Qarabağ münaqişəsi ilə bağlı sözügedən sənədi təqdim edir.
Xatırladaq ki, Ermənistan-Avropa İttifaqı yeni razılaşma mətninin siyasi hissəsi öz tərkibi və quruluşu ilə Moldova və Gürcüstanla Avropa Birliyi arasında assosasiya razılaşmalarına çox oxşardır. Buna baxmayaraq bu iki ölkənin assosasiya müqavilələri və Ermənistanla razılaşmanın siyasi hissəsində dəqiq olan bir fərq var.
Gürcüstan və Moldovanın assosasiya müqavilələrində bu ölkələrin münaqişəsinin həlli üçün əsas prinsip yalnız ərazi bütövlüyü olaraq qeyd edilir, ancaq millətlərin öz müqqəddəratını təyinetmə haqqında heç bir söz yoxdur. Ermənistanla razılaşmada isə ərazi bütövlüyü ilə yanaşı həm də millətlərin öz müqqəddəratını təyinetməsi qeyd edilir.
Əlavə olaraq Moldova və Gürcüstanla, istərsə Ukrayna ilə müqavilədə qeyd edilir ki, tərəflər müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qorunmasına sadiqdirlər. Müqavilə hazırlandıqdan sonra Ukrayna münaqişəsi başlamış olsa da, Aİ-nin Ukrayna ərazisinin bütövlüyünü açıq şəkildə qoruduğu sirr deyil. Bir daha qeyd edim ki, Ermənistanla razılaşmada ərazi bütövlüyü ilə yanaşı həm də millətlərin öz müqqəddəratını təyinetməsi qeyd edilir. Bu formul bir daha göstərir ki, Qarabağ münaqişəsinə Aİ yanaşması Aİ-nin Moldova, Gürcüstan və Ukraynadakı münaqişələrlə bağlı mövqeyindən fərqlənir."
Alpər Mövludoğlu
Ordu.az