"Atəşkəs dövründə 14 uşaq həlak olub, 20-si yaralanıb" - Hicran Hüseynova

2017/11/23846563_2417489551810532_569707845_n_1511510682.jpg
Oxunub: 454     16:01     24 Noyabr 2017    
"Azərbaycanaın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Azərbaycan hökuməti bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb".

Ordu.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib.

Komitə sədri bildirib ki, bu hərbi münaqişə zamanı Azərbaycandan 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.

"Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hicran-Hüseynova   Girov   Atəşkəs  


Bizi "telegram"da izləyin