Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairə mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat yayıb.
“İstehkamçıların iştirakı ilə təlimlər birləşmiş mühəndis xidmətinin rəisinin rəhbərliyi ilə yeni tədris dövrünə hazırlıq çərçivəsində keçirilir və bir həftə davam edəcək”, - deyə Astafyev qeyd edib.
Nəzəri məşğələlərdə hərbi xidmətçilər müasir minaaxtaranların xüsusiyyətlərini, müxtəlif partlayıcı vasitələrin tərkib və xarakterini, axtarış üzrə fəaliyyət alqoritmini, döyüş hazırlığı üzrə təlimlər çərçivəsində partlayıcı maddələrin aşkar edilməsi və məhvinə dair biliklər mənimsəyirlər.
Məşğələrdə praktiki fəaliyyət çərçivəsində istehkamçılar “Kamhud” və “Alagöz” poliqonlarında hərbi sursatların axtarılması üzrə 30-dan çox müxtəif normativlərin yerinə yetirilməsini öyrənəcəklər.
Qeyd edək ki, təlimlərdə 100-dən çox hərbi xidmətçi və 20-dən çox hərbi texnika cəlb edilib.
Ağalar Qəribov
Ordu.az