Ermənistan işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirib

2017/11/1464154076_herbi_telim_140612_001435354_1511464962.jpg
Oxunub: 459     03:17     24 Noyabr 2017    
Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.


Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələri noyabrın 20-23-də növbəti təlim keçirilib.

Qanunsuz hərbi birləşmə komandirinin "1-ci müavini" general-mayor Mikayel Arzumanyan mərkəzi tabelikdə olan ümumqoşun və tank hərbi hissələrinin bəzi bölmələrinin iştirakı ilə keçirilən taborun taktiki təliminə rəhbərlik edib.

Təlimin sonunda döyüş atışlı mərhələsini izləyən qanunsuz hərbi birləşmənin "komandiri" general-leytenant Levon Mnatsakanyan bəzi metodik göstərişlər verib.

Taktiki təlim hücum xarakterli keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təlimlər   İşğal  


Bizi "telegram"da izləyin