Qarabağda yaralanan erməni əsgər ölüm ayağındadır

2017/11/17_11_23_151142530656_1511448014.jpg
Oxunub: 422     22:39     23 Noyabr 2017    
Ötən gün işğal altında olan Qarabağda mina partlayışı nəticəsində yaralanmış 19 yaşlı erməni hərbi qulluqçu Narek Hoveyan Xankəndi hospitalından İrəvana maşınla təxliyyə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan təsdiqləyib. Onun məlumatına görə, yaralı erməni hərbi qulluqçusu hazırda Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir və onun vəziyyəti ağır olaraq qalmaqda davam edir.

Öncədən verilən məlumata görə erməni hərbi qulluqçusu başından, gözündən, döş qəfəsindən olmaqla bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb. O, dünən Xankəndi hospitalında əməliyyat edilib. Havanın qeyri-sabit olması səbəbindən onu heklikopterlə İrəvana aparmaq mümkün olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Yaralı   Qarabağ  


Bizi "telegram"da izləyin