Ermənistanın təhqir edilməsi adi hala çevrilir

2017/11/cebhede-ordumuz-smercden-istifade-etmeyib-mn23423_1511446073.jpg
Oxunub: 406     22:03     23 Noyabr 2017    
Ermənistan və Azərbaycan kütləvi informasiya vasitələrinin səhifələri Rusiyanın “Zvezda” dövlət kanalının “Proqnozlar” analitik verilişi Ermənistan haqqında şərhlərlə dolu idi.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə məxsus bu kanalda noyabrın 24-də imzalanması nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan razılaşması haqqında danışarkən qeyd edilib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzv ölkədir.

Aparıcı Veronika Kraşeninnikova, Qaregin Njdehinin Hitler almaniyasındakı xidmətlindən bəhs edib və Ermənistanın hakim partiyasının loqosunu faşizm simvolu ilə müqayisə edib.

Noyabrın 19-da “Zvezda” dövlət kanalının “Proqnozlar” analitik verilişi yayımlanıb, artıq noyabrın 20-də kanalın YouTube səhifəsindən çıxarılıb.

Maraqlıdır ki, bu Rusiyanın hakimiyyət yönlü və dövlət statusu olan kütləvi informasiya vasitələrinin Ermənistan hakimiyyətini təhqiretməsi və sonradan bu təhqirin silinməsi ilk hadisə deyil.

Belə bir hadisə 2017-ci il sentyabr ayında müdafiə naziri Vigen Sarkisyanın Çinə səfəri zamanı da baş verib.

Rusiyanın “RİA Novosti” xəbər agentliyinin yaydığı “Silah üçün Çin, Ermənistana rus istehsalı olan “Smerç”lər və “İsgəndər”lər azlıq edir” başlıqlı məlumat Vigen Sarkisyanın Çinə səfərinə həsr edilib. Məqalədə Ermənistanın Çin silahlarına maraq göstərdiyi bir məqamda 2 il əvvəl verilən 200 milyon müdafiə məhsullarına ayrılan kredit xatırladılırdı. Həmin kreditlə Ermənistan “Smerç”, TOS1A “Solntsepyok” silah növləri, “İqla-A” tipli raket kompleksləri və zirehli texnikalar alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Faşizm  


Bizi "telegram"da izləyin