Erməni redaktor etiraf etdi:"Lələ-Təpəni ancaq "bardak" bir ordudan almaq olardı"

2017/11/ermeni_ordusu_geyler_15041534534_1511444447.jpg
Oxunub: 481     21:37     23 Noyabr 2017    
"Bu ağılsız mübahisədən imtina edilməlidir, çünki 4 günlük müharibə ərzində azərbaycanlıların bizdən "aldığı" Lələ-Təpəni bütün görənlər, özlərində güc tapmalı və etiraf etməlidirlər ki, belə bir təpəni ancaq "bardak" bir ordudan almaq olardı".

Ordu.az armtimes.com saytının redaktoru tərəfindən Ermənistan ordusunun hazırkı səfil vəziyyətini, əsgər ölümləri ilə bağlı cinayətləri təsvir edən etiraflarla dolu məqaləsini təqdim edir.

"Dünənki gün həddindən artıq ağır xəbərlə başladı. İşğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi birləşmənin döyüş mövqelərində mühəndis işləri apararkən, tank əleyhinə minanın partlaması nəticəsində 3 erməni hərbi qulluqçu 22 yaşlı zabit Qeğam Zakaryan, 19 yaşlı müddətli xidmət hərbi qulluqçusu Sarkis Abrahamyan və 20 yaşlı Sarkis Melikyan öldü. 19 yaşlı müddətli xidmət hərbi qulluqçusu Narek Hoveyan isə ağır yaralandı.

Şübhəsiz ki, dünən erməni ictimaiyyəti bu məlumatdan şoka düşdü. Bu praktiki olaraq nə deməkdir? Belə xəbərlər erməni ictimaiyyəti üçün artıq adi hala çevrilir. Çünki xəbərləri əldə etdiyimiz məqamda, dərin bir üzüntü yaşayır, daha sonra Facebook səhifələrində bəzi komik videoları görməklə, gündəlik işlərlə məşğul olmağa davam edirlər.

Məlumdur ki, bu 3 hərbi qulluqçunun ölüm səbəbi Azərbaycan tərəfinin yerləşdirdiyi mina deyil, erməni tərəfinin yerləşdirdiyi və ya yerləşdirməkdə olduğu minapartlayışı olub.

Məsələn, tez-tez eşidirk. “Biz müharibə şəraitində olan ölkəyik və başa düşməliyik ki, itkilərimizdə olacaq”. Dünənki hadisə ilə əlaqədar da deyilirdi ki, hadisənin kiminsə səhvi ucbatından baş verməsi məcbur deyil. Bu demək olar ki, məhvedici yanaşmadır. Heç kim döyüşdə itki yoxdur demir. Söhbət başqa şeydən gedir.

Doğrudanmı, biz dövlət və cəmiyyət olaraq belə halların baş verməməsi üçün hər şey etmişik?

Doğrudanmı, adı çəkilən birləşmənin komandiri, onun komandirinin komandiri, istehsalçı, təmin edən, tədris edən, həyata keçirən öz vəzifə borclarının icrasında səhlənkarlığa yol verməyiblər? Əgər nöqsanlara yol veriblərsə, nə üçün yol veriblər?

Onlar hansı məsuliyyətə cəlb olunacaqlar, biz hansı tədbirləri görəcəyik ki, belə məsuliyyətsiz adamlar gələcəkdə başqalarının həyatı ilə oynamasınlar.

Eyni qaydada döyüş vəziyyətlərində onun ilkin hazırlıq mərhələsindən başlayaraq, gedişatı və sonu ilə bağlı baş verənlərlə də ayrıntılı araşdırmalar aparılmalıdır.
Bu təhlil və ya onun nəticələri isə açıqlanmalıdır, cəmiyyətə əl çatan olmalıdır. Ona görə ki, hətta Azərbaycan snayperi vurduğu halda belə baş verənlərdə erməni tərəfinin günahı yoxdur mənası daşımır.

Burda da müxtəlif suallar ortaya çıxır. Mövqelərin təchizatından, tərtibatından əsgərlərin savadı və nizam-intizamından başlamış, qabaqlayıcı amillərədək. Yuxarıda qeyd olunan bütün sahələrin konkret bu mövqedə, hərbi hissədə, korpusda, baş qərargahda və müdafiə nazirliyində cavabdeh şəxsləri var.

Problemin həllinə bu mövqedən baxanda vəziyyətin acınacaqlı olduğunu görürük. Bu günədək 4 günlük müharibə ərzində baş verənlər təhlil edilməyib və heç kim cəmiyyətə nə və nə üçün baş verdiyini açıqlanmayıb.

Yaxşı başa düşdük, Azərbaycan Qarabağa daxil olmaq istəyirdi və biz isə hektarlarla ərazi itirdik. Deməli belə çıxır ki, bizdə o əraziləri itirmək istəyirdik? Əgər itirmək istəyirdiksə və itirdiksə, bundan cinayət məsuliyyəti qoxusu gəlir. Yox əgər itirmək istəmirdiksə və itirdiksə burada da məsuliyyət problemi var, bu məsuliyyəti bu günədək heç kim daşımayıb. Ən azı cəmiyyət bu barədə heçnə bilmir.

Əgər kimsə desə ki, bəs müdafiə nazirliyində istefalar oldu, biz deməliyik ki, bu heç bir məna daşımır. Bəs kim deyib ki, 4 günlük müharibənin uğursuzluğuna görə cavabdehlər məhs bunlar, və yalnız istefaya gedənlərdir. Əgər belədirsə qoy dəqiq deyilsin ki, nəyə görə məsuliyyət daşıyır və kim nəyə görə istefaya göndərilib.
Bəlkə istefaya göndərilməyənlər cavabdehlərdir, xüsusən də ali baş komandan vəzifələrini yerinə yetirən şəxsdir. Ümumiyyətlə bu nə açıqlamadır ki, Azərbaycan etmək istədiyini edə bilmədi, bu bizim qələbə deməkdir?

Sabah Azərbaycan İrəvana qarşı əməliyyat hazırlaya bilər, lakin Sevandan (Göyçə-red) qabağa gəlməyə bilər, o halda Eduard Şarmazanov elan etməlidir ki, bu bizim qələbəmizdir, çünki türklər İrəvanı tutmaq istəyirdi, ancaq yalnız Kəlbəcər və Qeğarkunik vilayətini tuta bildilər.

Bu ağılsız mübahisədən imtina edilməlidir, çünki 4 günlük müharibə ərzində azərbaycanlıların bizdən “aldığı” Lələ-Təpəni bütün görənlər, özlərində güc tapmalı və etiraf etməlidirlər ki, belə bir təpəni ancaq özbaşınalıq olan ordudan almaq olardı.

Qəzalar, özünəqəsdlər, partlayışlar, nizamnamədən kənar münasibətlər, hektarlarla ərazi itkisi, 100-lərlə ölü və ordudan kütləvi fərarilik, daha bəs edər. Gəlin etiraf edək, cənablar və xanımlar bizim orduda hələ də özbaşınalıqdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aprel-müharibəsi  


Bizi "telegram"da izləyin