Ordu.az xəbər verir ki, bu barədə “Campord” (Yolçu) fondunun təşkil etdiyi “Jurnalist, onlayn və offlayn müharibədə şəraitində obyektiv sütun” dərslərinin iştirakçıları ilə keçirilən görüşdə Ermənistan müdafiə nazirliyinin hüquq idarəsinin rəisi Sasun Simonyan deyib.
O, bildirib ki, çağırışqabağı hazırlıqlar zamanı gənclərə bunun izah edilməsinə dair komissarlıqlara göstərişlər verilib. Layihə haqqında danışarkən Simonyan qeyd edib ki, arzu edənlərlə mülki müqavilə bağlanılacaq, hərbi qulluqçu müqaviləli hərbi qulluqçu hesab edilməyəcək. Alternativ hərbi xidmət haqqında danışarkən qeyd edib ki, bu layihə ilə hərbi qulluqçu 2 həftə döyüş növbətçiliyində, 1 həftə hərbi hissədə, 1 həftə evdə olacaq. Müraciət edənlərin sayı hələki məlum olmadığına görə, ilk öncə onların xidmət yeri püşkatma yolu ilə deyil, müdafiə nazirliyi təyin edəcək. Bu layihə çərçivəsində xidmət edənlərin bir bölmədə cəmləşməsi nəzərdə tutulub.
Layihədə elə məqamlar var ki, bu müddət ərzində kifayət qədər diqqət edilməyib, lakin vacib amillərdir.
Belə ki, Ermənistan müdafi nazirliyi hərbi xidmətdən yayınan və xidmət dövrübndə fərarilik edənlərin qarşısını almaq üçün daha artıq pul təklif edir. Məsələn, Simonyanın sözlərinə görə, hazırda erməni hərbi qulluqçunun aldığı 3500 erməni dramı əvəzinə, onlar aylıq 35 min dram məvacib alacaqlar. 3 il keçdikdən sonra isə, onun hesabında 5 milyon dram olacaq.
İlk baxışda cəzbedicidir, lakin “Yes em” layihəsini seçən hərbi qulluqçulara bu ancaq xidmətinin 6-cı ayından sonra şamil ediləcək. 5 ay hazırlıq həyata keçiriləcək, 6-cı ay döyüş növbətçiliyinə cəlb ediləcək. Təbii, ona qədər ordumuz tərəfindən təxribatçı hərbçilərin məhv edilməsi də istisna edilmir.
Burda müqavilənin vaxtından əvvəl pozulması məqamları da maraqlıdır. Əgər hərbi qulluqçu müqaviləni pozmağa qərar verirsə, o zaman onun evdə olduğu müddətlər hərbi xidmət dövründən çıxılır. Yəni, bütün istiqamətlərdə onun ordudan canını qutarmasına imkan verilmir. Göründüyü kimi, həyata keçirilən istənilən layihə məcburi və birbaş olaraq erməni cəmiyyətinin hərbləşdirilməsinə istiqamətlənib.
Alpər Mövludoğlu
Ordu.az