“NATO tərəfləri Dağlıq Qarabağda eskalyasiyadan yayınmağa səsləyir” - Stoltenberq

2017/11/1508483900345345_1511434043.jpg
Oxunub: 410     18:32     23 Noyabr 2017    
“NATO Dağlıq Qarabağ münaqişəsinə görə narahatdır və tərəfləri eskalyasiyadan yayınmağa səsləyir”.

Ordu.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.

“Dağlıq Qarabağda həll edilməmiş münaqişə narahatlıq doğurur. Aydındır ki, münaqişənin hərbi yolla həlli mövcud deyil və NATO bu məsələdə bilavasitə rola malik deyil”, - deyə Stoltenberq jurnalistlərə bildirib.

O qeyd edib ki, alyans ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Azərbaycanla Ermənistan liderləri arasında danışıqların yenilənməsinə görə şaddır.

“Biz sizi danışıqlarda həll üçün çıxışın axtarılması yolu ilə getməyə və yeni eskalyasiyadan yayınmağa səsləyirik”, - deyə NATO-nun baş katibi bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qarabağ  


Bizi "telegram"da izləyin