Erməni zabit etiraf etdi: "Nizamnamədən kənar münasibətlər meydana gəlir"

2017/11/209014_src456456_1511433866.jpg
Oxunub: 432     18:42     23 Noyabr 2017    
Düşmən ordusunun zabiti, komandir müavini qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Zampolit” vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb və özünü bəlaya salıb.

Onun hazırladığı məruzədə deyilir: “Şəxsi heyət qış mövsümünə zəif hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim ləvazimatları çatışmır.Ona görə də şəxsi heyət arasında külli xəstəlik, əsasən də pnevmaniya yayılmaqdadır. Hərbi kontingent soyuqdan donmamaq və özünü gızdırmaq məqsədi ilə əsasən spirtli içkilərdən istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb olur”.

İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Etiraf  


Bizi "telegram"da izləyin