NATO baş katibindən Qarabağ açıqlaması – TAM MƏTN

2017/11/Yens-Stoltenberq_1511432180.jpg
Oxunub: 565     17:52     23 Noyabr 2017    
“NATO birbaşa olaraq bu prosesdə iştirak etmir. Biz bununla bağlı ATƏT-in Minsk Qrupuun səylərini dəstələyirik. Prezidentlərin dialoqu bərpa etməsinə görə nikbinik. Gərginlikdən yayınmaq üçün atılan addımları alqışlayırıq”.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib bildirib: “Prezident İlham Əliyev,
NATO qərargahına xoş gəlmişsiniz. Sizi burda yenidən görməkdən şadıq. Keçirdiyiniz çox səmərəli görüşə görə təşəkkür edirəm.

Bu gün biz uzun müddətli əməkdaşlığımızı müzakirə etdik. Mən həmçinin bütün 29 üzvümüzlə birlikdə edəcəyiniz görüş üçün də sbirsizlənirəm.

Biz Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə etdiyimiz hərbi, maliyyə və tranzit dəstəyi ilə bağlı missiyamıza sadiqliyinizdən çox şadıq.
Həmçinin Əfqanıstandakı dəstək missiyamıza göstərdiyiniz qoşun yardımını artırmağınıza görə təşəkkür etmək istəyirəm.

NATO ilə Azərbaycan arasında tərəfdaşlıq uzun illər əvvələ söykənir. Demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qurulub.

Bu gün bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir.

Sizə BMT TŞ-nın Qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini gündəmin bir parçası halına gətirdiyiniz üçün də təşəkkür edirəm.

Bütün bu yardımlar Avro-Atlantik məkanı daha təhlükəsiz edir.

Bu gün biz həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərini də müzakirə etdik.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur.

Aydındır ki, bu münaqişənin hərbi yolla həlli yoxdur.

NATO birbaşa olaraq bu prosesdə iştirak etmir. Biz bununla bağlı ATƏT-in Minsk Qrupuun səylərini dəstələyirik. Prezidentlərin dialoqu bərpa etməsinə görə nikbinik. Gərginlikdən yayınmaq üçün atılan addımları alqışlayırıq”

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin