Prezident Brüsseldə NATO-nun baş katibi ilə görüşdü - FOTOLAR

2017/11/1511427831138278813_1000x669_1511428803_1511431740.jpg
Oxunub: 615     17:07     23 Noyabr 2017    
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gedib.

NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.



Ölə başçısı Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib: "Mən böyük məmnuniyyətlə bu görüşə gəldim. Azərbaycan NATO ilə birgə bir çox əməliyyatlarda iştirak edir. Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birgə Əfqanıstanda çiyin-çiyinə xidmət aparır. Bundan əlavə, Azərbaycan koalisiya qüvvələrinə öz hava məkanını təqdim edir. Əfqanıstanda sülhün, sabitliyin və əmin-amanlığın təmin olunması üçün Azərbaycan hərbi kontigentinin sayını artıracaq".




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İlham-Əliyev  


Bizi "telegram"da izləyin