Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, parlamentin bugün keçirilən iclasında təklif edilib ki, 2017-ci il 12 dekabr tarixində saat 10:00-da növbədənkənar iclas çağırılsın.
İclasın gündəliyinə 19 məsələ, o cümlədən “ailədə zorakılığın qarşısının alınması, ailədə zorakılığa məruz qalmış şəxslərin müdafiəsi və ailədə həmrəyliyin bərpası” və Rusiya Federasiyasından silah alınması üçün 100 milyon dollar kredit alınması haqqında razılaşması da daxil edilib.
Alpər Mövludoğlu
Ordu.az