Ermənistan ordusunun məzuniyyətdə olan zabitləri də artıq xidmət yerinə qayıtmaqdan boyun qaçırır və müxtəlif bəhanələrlə xidmətdən yayınmaq istəyirlər.
Ordu.az xəbər verir ki, Ermənistanda yerləşən hərbi hissələrdən birinin tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib.
Bu günlərdə sosial şəbəkə istifadəçiləri, hərbi xidmətə yeni çağırılan 38 erməni zabitdən 13-nün xidmət etmək istəmədikləri üçün cəzalandırılması və xidmət yerlərinin digər hərbi hissələrə dəyişdirilməsi barədə məlumat paylaşıblar.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
Fərari