Yaralı erməni əsgərin İrəvana təxliyyəsi mümkün olmayıb

2017/11/345345_1511421403.jpg
Oxunub: 477     15:13     23 Noyabr 2017    
Qarabağda yaralanan erməni əsgərini pis hava şəraitinə görə İrəvana təxliyyə etmək mümkün olmayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən işğal altında olan Qarabağda mina partlayışı nəticəsində yaralanan 19 yaşlı erməni əsgəri Narek Hoveyan hələ də Xankəndi hospitalının reanimasiya şöbəsindədir.

Onun Ermənistana təxliyyə edilməsi məsələsi müzakirə olunsa da, bu müxtəlif səbəblərdən mümkün olmayıb. Səbəblərdən biri də əlverişli hava şəraitinin olmaması ilə bağlıdır.

Məlumata görə, İrəvandan Qarabağa helikopter gəlməli idi, lakin hava şəraitinə görə uçuş təxirə salınıb. Bu məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan da təsdiq edib.

Onun sözlərinə görə, hava şəraiti yenidən qeyri qənaətbəxş olarsa, yaralı əsgər avtomobillə təxliyyə ediləcək.

Xatırladaq ki, İrəvan sakini olan yaralı erməni əsgərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Yaralı  


Bizi "telegram"da izləyin