Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun əsgəri Hrant Qriqoryanın ölümü ilə bağlı məhkəmə iclası yenidən təxirə salınıb.
Əsgərin atası Qaruş Qriqoryana görə, iclasın 21 noyabrda keçirilməsi nəzərdə tutulub. Yığıncaqda prokurorun çıxışı gözlənilirdi. Ölən əsgərin yaxınları ümumiyyətlə məhkəmə prosesindən narazıdırlar.
Xatırladaq ki, təqsirləndirilən şəxs taqım komandiri V. Balayandır. O, əsgəri döyüməkdə və təhqir etməkdə ittiham olunur. İstintaqa görə, hərbçinin ölümü ərəfəsində Balayan ona zorakılıq tətbiq edib.
Hrant Qriqoryanın ölümü ilə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir. Hərbi qulluqçunun meyidi 17 iyun 2016-cı il saat 10:45 radələrində odlu silah yarası ilə idman meydançasında aşkar edilib.
Alpər Mövludoğlu
Ordu.az