Əsgər həyatının manatlaşdırılması və erməni cəmiyyətinin hərbiləşdirilməsi: “Xalq-ordu” konsepsiyası nədir?

2017/11/1497346678_3_15091837422423432_1510233693345_1511353746.jpg
Oxunub: 449     20:28     22 Noyabr 2017    
“Ermənistanda akademik möhlət layihəsinin ləğvi “xalq-ordu” konsepsiyasının təcəssümüdür. Mahiyyət ondan ibarətdir ki, Ermənistanda hər şey – elm, sənaye, təhsil orduya xidmət etməlidir”.

Ordu.az epress.am saytına istinadən xəbər verir ki, bu barədə möhlət hüququ və tələbə hərəkatı mövzusunda fikir bildirən etnoloq Qranuş Xaratyan bəyan edib.

“Əgər ordu alacaqsa, kartof əkmək olar, əgər almayacaqsa, kartof əkmək lazım deyil. Sənaye ordu üçün paltar tikməlidir, əgər bunu edə bilmirsə, ordunu başqa bir şeylə təmin etməlidir və sairə. Hər şey buna doğru gedir, təhsilə ayrılan maliyyələr azaldılır, elm məhdudlaşdırılır, hər şey orduya xidmət naminə edilməlidir. Bizim nazirin “xalq-ordu” konsepsiyası belədir”, - deyə Xaratyan qeyd edib.

“Azad vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan da dövlətin bütün funksiyalarını orduya xidmət məqsədilə istifadə edən bu konsepsiyanı tənqid edib.

“Hakimiyyətin təklif etdiyi hərbiləşdirmə yox, manatlaşdırmadır. Onlar təklif edirlər: kim özünü qurban vermək istəyirsə, biz ona pul verəcəyik. Sərhəddə ölməyə gedin, daha yaxşı ödəyəcəyik. Konsepsiyanın əsası budur. Onlarda hər şey maliyyə müstəvisindədir, bunu başqa cür təqdim də etmək olmaz. Həmçinin onlar deyirlər: qoy 19 yaşlı sərhəddə ölməyə getsin, qoy 30 yaşlı da getsin. “Onun artıq üç uşağı var, qoy ölsün, biz onun övladlarının qayğısına qalarıq” nə deməkdir? Bu manatlaşdırılmanın tipik nümunəsidir”, - deyə Xurşudyan bildirib.

2004-cü ildə “Elmin inkişafı naminə” təşəbbüsünün üzvü Mikael Hovanisyan hesab edir ki, Ermənistanda psevdopatriotizm adı altında insanların etiraz etməməsi, üsyana qalxmaması üçün hərbiləşdirmə keçirilir, axı heç kəs satqın və fərari adlanacağının qorxusundan patriotizmə qarşı çıxış edə bilməz.

“Ermənistanda “xalq-ordu” konsepsiyasının olmaması üçün hər şey etmək lazımdır. Ermənistan yenidən inkişaf edən ölkə olmalıdır, ancaq dəhşətli “xalq-ordu” konsepsiyası olmamalıdır. Çünki bu, hər şeydən əlavə, həm də Ermənistanda Respublikaçılar partiyasının uzunmüddətli hakimiyyətinə zəmanət verir”, - deyə Ovanisyan vurğulayıb.

Öz növbəsində Xaratyan qeyd edib ki, “Şərəf bilirəm” proqramı ordunun zabit heyətinin keyfiyyətini yüksəltməyəcək. Belə ki, ondan yalnız aztəminatlı insanlar gəlir məqsədilə istifadə edəcəklər.

Hovsep Xurşudyan orduda akademik möhlət hüququnun ləğvi əleyhinə təşkil olan etiraz aksiyasını şərh edərkən alimlərin çağırışdan azad edilməsini elitarizm adlandırıb: “Bu, elitarizmin başqa növüdür. İndi elit təbəqə pul sayəsində ordudan yayına bilənlərdir. Səmimi olaq, möhlət hüququnun ləğv edilməsi barədə müzakirə ümumiyyətlə orduya getməmək barədə, müəyyən təbəqənin xidmətdən azad olunması haqqında müzakirədir. Çünki onlar vacibdirlər, onlar alimdirlər. O halda gəlin müəllimləri də xidmətdən azad edək. Kimin daha vacib olmasına kim qərar verir? Xüsusən də, burada söhbət yalnız zamanın deyil, həyatın dəyərindən də gedir. Məlumdur ki, indiki şərtlərdə həlak olmaq təhlükəsi var”, - deyə Xurşudyan fikirlərinə yekun vurub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm   Fərarilik   Cinayət  


Bizi "telegram"da izləyin