Qarabağda ölən erməni əsgər haqqında daha bir FAKT

2017/11/Mina_1501229277_1511346319.jpg
Oxunub: 598     18:24     22 Noyabr 2017    
Bu gün işğal altında olan Qarabağın şimal-şərq istiqamətində mina partlaması nəticəsində ölən Sarkis Mher Melikyanla bağlı yeni məlumatlar yayılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Melikyan evin tək oğlu olub. O, 2016-ci ildə "ordu" sıralarına cəlb olunub. 3 bacısı var, valideynlərindən biri Rusiyada işləyir.

20 yaşlı Sarkis Melikyan Vardenis şəhər sakini olub. O, yanvar ayında ximətini başa vurmalı idi.

Xatırladaq ki, dünən saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüblər.

1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan isə yaralanıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Partlayış   Ölüm  


Bizi "telegram"da izləyin