Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.
Təlimlərdə 500-dən çox hərbi xidmətçi, 20-yə yaxın gəmi, kater və təminat qayığı, həmçinin Xəzər donanmasının 20-dən çox silah və hərbi texnikası iştirak edib.
“Gəmilərin mövqe aldığı məntəqələrdə diversion sualtı qrupların iştirakı ilə terrorizm hadisəsinin təhlükəsi barədə siqnalın alınması zamanı gəmi ekipajı və gözətçilərin fəaliyyəti üzərində işlənilib”, - deyə Astafyev vurğulayıb.
Ağalar Qəribov
Ordu.az