"Vasitəçilər bir-birinə qarşı fəaliyyət göstərmək əvəzinə, prosesə dəstək verməlidirlər" – Rusiyalı analitik

2017/11/maxresdefault345345_1511187455.jpg
Oxunub: 590     22:16     20 Noyabr 2017    
"Dağlıq Qarabağ münaqişəsi dünyada, xüsusən Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya bölgələrində beynəlxalq vəziyyətin yaxşılaşmasına xidmət etmir. Əksinə Qarabağ münaqişəsi vəziyyətin gərginləşməsi elementlərindən biridir. Əlbəttə ki, bu problem cəld və tez həll edilməyəcək".

Ordu.az xəbər verir ki, bu barədə tarix elmləri namizədi Sergey Miroşnikov erməni KİV-lərinə müsahibəsində bildirib.

Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırki vəziyyəti və münaqişənin nizamlanması prosesini mürəkkəb olaraq qiymətləndirən Miroşnikov, həmsədrlərin prosesə dəstək dəstək verməsi əvəzinə bir-birlərinə qarşı çıxdıqlarını bildirib.

"Son zamanlar Dağlıq Qarabağ ətrafında baş verənlər, 2016-cı ilin silahlı toqquşması əlbəttə ciddi narahatlıq yaradır. Əgər Rusiyanın mövqeyi haqqında soruşursunuzsa, bu mövqe bizim rəhbərlər tərəfindən çox dəqiq açıqlanıb. Bildirim ki, bu münaqişənin çox təəssüf ki, tarixi kökləri var və bunu dərhal həll etmək mümkün deyil. Münaqişənin həlli çox zaman, ilk növbədə münaqişə tərəfi olan ölkələrdən ağır iş aparılmasını tələb edir. Ən əsas budur. Hətta beynəlxalq ictimaiyyət kömək etsə də münaqişə tərəflərinin xoş iradəsi və istəyi olmadan bu mürəkkəb vəziyyəti həll etmək alınmayacaq. Əlbəttə münaqişə tərəflərinin danışıqlar masasına oturması və bütün problemləri sülh yolu ilə həll etməsi üçün, vasitəçilər bir-birinə qarşı fəaliyyət göstərmək əvəzinə, prosesə dəstək verməlidirlər. Bu çox mürəkkəb və uzun prosesdir", - deyə Miroşnikov bildirib.

Ekspertin sözlərinə görə, istənilən münaqişəni ancaq münaqişə tərəfləri istədiyi halda həll etmək mümkündür. "Bu olmadan heç bir münaqişə həll edilə bilməz. Beynəlxalq ictimaiyyət ya dəstəkləyir, ya mane olur və ya əksinə dəstək verir, ancaq münaqişə tərəfləri problemi həll etməyi arzu etməyəcəklərsə, heçnə alınmayacaq. Azərbaycan və Ermənistan özləri danışıqlar masası ətrafında bu münaqişəni həll edilməsini dərk etməsələr heç bir şey alınmayacaq", - deyə o, bildirib.

Münaqişə tərəflərinin mövcud həll variantlarının müzakirəsinə hazır olmadığını bildiriən ekspert, Qarabağ münaqişəsini geosiyasi baxımdan bu şəkildə dəyərləndirib:

"Bildirim ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu dünyada, xüsusən Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya bölgələrində beynəlxalq vəziyyətin yaxşılaşmasına xidmət etmir. Əksinə Qarabağ münaqişəsi vəziyyətin gərginləşməsi elementlərindən biridir. Əlbəttə ki, bu problem cəld və tez həll edilməyəcək. Buna görə də münaqişə zonasında vəziyyət nə qədər sakit olsa və əgər tərəflər qarşılıqlı qəbul edilən münaqişənin həlli yolunu axtarsalar, bu bir o qədər bölgə xalqlarına və ümumiyyətlə beynəlxalq ictimaiyyət üçün Qafqazda vəziyyətin əlverişli olmasına xidmət edəcək".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin