Rusiya MN-in telekanalı Sarkisyanı faşist adlandırıb – VİDEO
Oxunub: 519
14:14
20 Noyabr 2017
Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Zvezda” telekanalında “Veronika Kraşeninnikova ilə proqnozlar” verilişində aparıcı rəsmi İrəvanı Avropa İttifaqı ilə əməkdaşlıq barədə müqavilə imzalamaq istəyinə görə, sərt tənqid edərək Sarkisyanın seçimini Ukrayna hökumətinin siyasi kursu ilə müqayisə edib.
Ordu.az bu barədə “Zvezda” telekanalına əsasən məlumat verir.
Verilişin müəllifi erməni faşizminin tarixi qaynaqlarına istinadən Hitler Almaniyasında əsas qatillərdən olan faşist Qaregin Njdenin Sarkisyan hökuməti tərəfindən qanuniləşdirilməsindən bəhs edib. Njde hazırda iqtidarda olan Respublikaçılar partiyasının qəhrəmanı elan edilib.
Xatırladaq ki, məhz Njde faşist Almaniyası ilə əməkdaşlığa, Cənubi Qafqazın Sovetləşməsinədək Dağlıq Qarabağda bir çox Azərbaycan kəndlərinin məhvində şəxsən iştirak edib.
Veronika Kraşeninnikova həmçinin Ermənistan Respublikaçılar partiyasının gerbi ilə Alman Nasional-Sosialist işçi partiyasının simvolunu müqayisə edib.
"Zvezda" telekanalının həmin süjetini təqdim edirik: