Türkiyə İdlibə hərbi texnika göndərir

2017/11/1511102775_2234234_1511157938.jpg
Oxunub: 400     14:04     20 Noyabr 2017    
Ankara İdlibə deeskalyasiya zonasında nəzarət məntəqələrinin yaradılması üçün Suriyanın şimal-qərbinə hərbi texnika göndərməkdə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, hərbi texnika Türkiyənin müxtəlif sərhədyanı rayonlarından Suriyanın Hatay vilayətinə daşınır. Növbəti kolon Suriyaya dünən gecə yola düşüb. Türkiyə silahlı qüvvələri PYD terror təşkilatının nəzarəti altında olan İdlib vilayətinin Arfin rayonuna xüsusi diqqətlə yanaşır.

“Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından xəbər verilib ki, qüvvələrin İdlibə göndərilməsi prosesi davam edəcək”, - deyə agentlik yazır.

Bu günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Arfin ərazisində PYD-yə qarşı hərbi əməliyyatların aparılmasının mümkünlüyünü dilə gətirib. Ərdoğanın sözlərinə görə, sözügedən terror təşkilatı Türkiyə dövlətinin milli təhlükəsizliyinə ciddi təhlükə törədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İdlib  


Bizi "telegram"da izləyin