SQQ Əbu-Kamalın 85 faizini İŞİD-dən azad edib – VİDEO

2017/11/Dejr45345_1511156502.jpg
Oxunub: 413     13:43     20 Noyabr 2017    
Suriya Quru Qoşunları Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Əbu-Kamal şəhərinin 85 faizdən çox ərazisini İŞİD terrorçularından təmizləyib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Fars News” xəbər agentliyi məlumat yayıb.

Nəşrin məlumatına əsasən, şəhərin cəmi 15 faiz ərazisi terrorçuların nəzarətindədir. Əbu-Kamalı 150-dək İŞİD terrorçusu tərk edib.
Xatırladaq ki, daha öncə Suriya hökumət qüvvələrinin Deyr əz-Zor vilayətinin Əbu-Kamal şəhərində nəzarəti bərpa etmələri barədə xəbər yayılıb. Şəhər İŞİD-in Suriyadakı sonuncu sığınacağı idi.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD  


Bizi "telegram"da izləyin