Rusiya “İskəndər-M”ləri Tacikistanda sınaqdan keçirdi - VİDEO
Oxunub: 577
18:14
18 Noyabr 2017
"Zvezda" telekanalının saytında Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Hərəkat Qüvvələrinin təlimlərində yeni təkmilləşdirilən "İskandər-M" raketinin atışlarının kadrları nümayiş olunub.
Rusiyanın əməliyyat-taktiki raket komplekslərinin döyüş heyəti şərti düşmənin təlim düşərgəsini məhv etmək üçün "İskəndər-M" raketlərindən istifadə edib.
Mərkəz Hərbi Dairəsinin Qoşun bölməsinin komandirinin köməkçisi polkovnik Yaroslav Roşupkinin sözlərinə görə, Lyaur poliqunundakı başlanğıc mövqelərdən raket buraxılışı həyata keçirilib. Balistik raketin atışı müntəzəm rejimdə aparılıb və 130 km-dən uzaq məsafədə, Əfqanıstanla sərhəddəki Xarbmaydon poliqonunda yerləşən hədəf məhv edilib.
Raket buraxılış zamanı, yüksək dəqiqlik və aşkaretmə qurğuları üçün görüntü baxımından, daha yüksək göstəricilər nümayiş etdirilib. Raket hədəfdən 10 metrdən də az məsfədə yayınaraq onu məhv edib.