Ordu.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Sakit okean donanmasının mətbuat xidmətinin informasiya şöbəsinin rəhbəri Nikolay Voskresenski bildirib.
"Yaponiyanın Hərbi Dəniz Qüvvələrinin "Hamagiri" gəmisi limana daxil olacaq", - deyə Voskresenski qeyd edib.
Limanda dayanma zamanı iki ölkənin dənizçiləri arasında təlim-məşq epizodlarının əlaqələndirilməsi, futbol və voleybol üzrə yoldaşlıq matçlarının keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, "Sarex" məşqi noyabrın 25-də Böyük Pyotr körfəzinin akvatoriyasında keçiriləcək.
Ordu.az